Azərbaycanda ilk dəfə sirop, tablet, kapsul, blister, sprey, saşe olmaqla bütün növ bioloji fəallığa malik qida əlavələrinin istehsalını Türkiyənin “Aktif Pharma ilaç medical A.Ş.”-nin diqqətlə seçilmiş illərin təcrübəsinə malik olan peşəkar komandası həyata keçirir.
“Aktif Pharma ilaç medical A.Ş.”-nin Azərbaycan Respublikasındakı filialının 2800 m²'dən ibarət olan istehsal sahəsində bütün məhsulların əsas tərkiblərinin xammadələri Türkiyə və Avropa ölkələrindən xüsusi analiz sertifikatları əsasında idxal olunmaqla istehsal olunur.
Məqsədimiz Azərbaycan xalqının bu məhsullara olan təlabatını yüksək keyfiyyətli məhsullarla daha da əlçatan səviyyədə reallaşdırmaq, həmçinin xarici dövlətlərdə də bu məhsulların satışını həyata keçirməkdir.
“Sağlıq hər şeydən öndədir” prinsipi “Aktif Pharma ilaç medical A.Ş.”-nin əsas prinsipidir.