Min il əvvəl müsəlman coğrafiyasının genişlənməsi ilə tacir və səyyahlar daha əvvəl görmədikləri bitki və toxumları kəşf etməyə başladılar. Dünyanın hər yerindən çoxlu bitki toplayıb özləri ilə gətirən müsəlmanlar bu bitkilərin istifadəsi ilə bağlı ilk məlumatları əldə etmişlər. Onların saldıqları bağlar gözəlliyi ilə yanaşı, elmi sahə laboratoriyalarına çevrildi. Alimlər burada bitən bitkilərin müalicəvi xüsusiyyətləri haqqında kitablar yazmış və bu bitkilərdən bir çox xəstəliklərin müalicəsində istifadə etmişlər...